AZ

Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Media rəhbərləri və nümayəndələri noyabrın 8-də təşkil olunan mediatur zamanı COP29 konfransına hazırlıqla bağlı görülən yekun işlərlə tanış olublar.
"Report" xəbər verir ki, mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media nümayəndələri iştirak ediblər.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.
Qeyd edilib ki, tədbir məkanında 155 pavilyon var, pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.
Görüş zamanı həmçinin Azərbaycan pavilyonunda baxış keçirilib. Bildirilib ki, bu pavilyon 450 kvadratmetrdir. Burada gün ərzində onlarla tədbir keçiriləcək.
İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqlarına da baxış keçirilib.
Tədbir məkanında olan C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb, buraya xüsusi eksponatlar gətirilib.
Görüş zamanı məlumat verilib ki, ümumilikdə 29 iclas otağı var. Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti baş tutacaq.
Tədbir məkanında həmçinin Azərbaycan təbiətinin füsunkarlığını əks etdirən video görüntülər yayımlanacaq.
Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələrinə də baxış olub. Bildirilib ki, burada 210 avtomobil Liderlər Sammitində olacaq, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobusları olacaq
Məkanla tanışlıqdan sonra COP29 Könüllüləri ilə görüş olub, onların fəaliyyəti yüksək qiymətləndirilib.
Seçilən
101
50
oxu.az

10Mənbələr