AZ

“PAŞA Bank”ın təşkilatçılığı ilə COP29 çərçivəsində panel keçirilib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.

14 noyabrda COP29 Sədrliyinin idarəçiliyi altında Mavi Zonada “PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel təşkil edib.

Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, “Deloitte Netherlands” şirkətinin partnyoru İvan Kuxnin, “Mizuho Bank”ın dayanıqlı maliyyə həlləri üzrə direktoru Selia Prays və moderator qismində “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev iqlim maliyyəsinin rolu və karbon emissiyalarının azaldılması kimi mövzuları müzakirə ediblər.

Paneldə çıxış edən Cavid Quliyev vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edərək tarixi bir dövrü yaşayır:

"200-ə yaxın ölkə nümayəndələri Azərbaycana gələrək, bu əhəmiyyətli tədbir çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə dövlətlərarası çoxşaxəli bir dialoq qururlar. Bu mühüm mövzular arasında bank sektorunun iqlim dəyişikliyi ilə bağlı qarşılaşdığı çətinliklərə də xüsusi diqqət yetirilir. Azərbaycanın yaşıl keçidini maliyyələşdirmək üçün Azərbaycan Banklar Assosiasiyası, bank icması adından 2 milyard AZN vəsait ayırmağa öhdəlik götürmüşdür və bu gün bu mövzu üzrə "PAŞA Bank" tərəfindən təşkil olunmuş xüsusi panel müzakirəsinə dəvət edilmiş ekspertlərlə geniş fikir mübadiləsi aparılacaqdır. Burada müzakirə olunan bir neçə mühüm məsələ var ki, bunlar arasında hökumətin rolu və iştirakı, innovativ həllərin praktik tətbiqi, yaşıl texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq da mövcuddur. Yaşıl maliyyələşdirmə üçün müxtəlif maliyyə alətlərinin inkişafı və tətbiqi xüsusilə vacibdir. Eyni zamanda, yaşıl keçidin uğurla həyata keçirilməsi üçün özəl və dövlət sektorları arasında güclü əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu cür tərəfdaşlıqlar və maliyyə alətlərinin düzgün tətbiqi, yaşıl keçid prosesinin effektivliyini və dayanıqlılığını təmin edə bilər. Əminəm ki, bu müzakirələr Azərbaycan iqtisadiyyatının yaşıl keçidinin təmin edilməsinə və bu prosesin daha geniş maliyyələşməsinə mühüm töhfə verəcəkdir."

Seçilən
82
2
marja.az

3Mənbələr