AZ

Türkiyənin ticarət naziri bildirib ki, BRICS Türkiyəyə tərəfdaş ölkə statusu təklif edib

Ticarət naziri Ömər Bolat Ankaranın Şərq və Qərb əlaqələrini balanslaşdırmaq səylərini davam etdirdiyi bir vaxt Türkiyəyə BRICS ölkələr qrupu tərəfindən tərəfdaş ölkə statusu təklif edildiyini deyib.

NATO üzvü olan Türkiyə son aylarda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Efiopiya, İran, Misir və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu BRICS inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna qoşulmaqda maraqlı olduğunu bildirib.

Ankaranın qrupa üzv olmaq üçün rəsmi addımlar atdığını deməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Kazanda Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi BRICS liderlərinin sammitində iştirak edib.

"Türkiyənin (BRICS) üzvlüyü ilə bağlı statusuna gəlincə, onlar Türkiyəyə tərəfdaş üzvlük statusu təklif ediblər", Bolat çərşənbə günü özəl TVNet telekanalına müsahibəsində deyib.

“Bu (status) BRICS-in təşkilati strukturunda keçid prosesidir”, o bildirib.

Ərdoğan deyib ki, Ankara BRİCS qrupunu Qərb əlaqələri və NATO üzvlüyünə alternativ deyil, üzv dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı üçün bir fürsət kimi görür.

Türkiyə rəsmiləri dəfələrlə BRİCS-ə potensial üzvlüyün Türkiyənin Qərb hərbi ittifaqı qarşısındakı öhdəliklərinə təsir etməyəcəyini bildiriblər.

BRICS-in oktyabrın 23-də yaydığı bəyannaməyə əsasən, tam üzvlüklə yanaşı, BRİCS üzvləri Kazanda “tərəfdaş ölkə” kateqoriyasını təqdim ediblər.

Bolat Ankaranın bu təklifi qəbul edib-etmədiyini açıqlamayıb.

Ərdoğanın hakim AK Partiyasının rəsmisi bu ay Reuters agentliyinə bildirib ki, təklif Kazanda müzakirə edilsə də, tərəfdaş ölkə statusu Türkiyənin üzvlük tələblərinə uyğun gəlməyəcək.

visiontv.az



Seçilən
93
23
visiontv.az

10Mənbələr