AZ

Messi hakimi təhqir etdi

Argentina millisi ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla qarşılaşıb.

Sportnet.az xəbər verir ki, görüş Paraqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matçda xoşagəlməz hal yaşanıb. Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi rəqib futbolçunu kobud oyundan sonra meydandan qovmadığına görə baş hakim Anderson Daronkonu təhqir edib. Bu barədə "RMC Sport" xəbər verir.

Messi referiyə deyib: "Sən özünü çox çirkin aparırsan. Səndən xoşum gəlmir".

Qeyd edək ki, növbəti oyunda Argentina millisi Peru ilə, Paraqvay millisi isə Boliviya ilə qarşılaşacaq.


Seçilən
31
4
sportnet.az

5Mənbələr