AZ

Ərdoğan G20-nin Liderlər Sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də G20-nin Liderlər Sammitində iştirak məqsədilə Braziliyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında bildirib.

O qeyd edib ki, Prezident Ərdoğan Rio-de-Janeyroda keçiriləcək XIX G20 Liderlər Sammitinə qatılacaq. Ədalətli bir dünya və davamlı bir planet qurmaq” mövzusunda keçirilən Sammit çərçivəsində üç sessiyada müzakirələr aparılacaq.

Türkiyə Prezidentinin səfər çərçivəsində G20 liderləri, eləcə də digər iştirakçı dövlət və hökumət başçıları ilə görüşlər keçirməsi də planlaşdırılır.

Səfər iki gün davam edəcək.

Seçilən
76
32
unikal.az

10Mənbələr