Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar. Bu il 18-19 noyabr tarixlərində 19-cu dəfə keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.
Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, ətraf mühit və iqlim dəyişikliyi mövzuları müzakirə olunacaq.
Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək. Ərdoğanın görüşləri zamanı Qəzzadakı vəziyyətə diqqət çəkəcəyi gözlənilir.
Kommunikasiya Direktoru Fahrettin Altun da bir paylaşım paylaşdı. Sammitdə “Ədalətli dünya və dayanıqlı planetin qurulması” əsas mövzusu altında 3 sessiya keçiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”