AZ

Hamı iqlim dəyişikliyi ilə mübarizədə birləşib - Atilla Ştayner

Bakı. Trend:

Biz hamımız iqlim dəyişikliyi ilə mübarizədə birləşmişik.

Trend xəbər verir ki, bubarədə Avropa İttifaqı Şurasında Macarıstan sədrliyinin nümayəndəsiAtilla Ştayner COP29 çərçivəsində keçirilən mətbuat konfransındabildirib.

"Dubayda qəbul edilmiş qərardan sonra bizim vəzifəmiz qlobalicmalın həm milli, həm də beynəlxalq səviyyədə 1,5°C hədəfinə uyğungələn, iddialı və etibarlı şəkildə həyata keçirilməsini təminetməkdir," - deyə o vurğulayıb.

A.Ştayner qeyd edib ki, Aİ üçün iqlim dəyişikliyinin təsirləriniazaltmaq istiqamətində mənalı, iddialı və davamlı nəticələr əldəetmək son dərəcə vacibdir.

O, üç əsas prioriteti xüsusi vurğulayıb: qlobal icmalınicrasının irəliləyişinin izlənilməsi, mövcud həllərin tətbiqinintanınması və gələcək illər üçün praktiki həllərlə bağlı iddialısiqnalların göndərilməsi.

"Biznes sektoru və ictimaiyyət enerji keçidinin necə başverəcəyinə dair bizdən aydın siqnallar gözləyir. Aydındır ki, iqlimdəyişikliyinin təsirlərinin azaldılması bu prosesin əsasalətlərindən biridir", - deyə o əlavə edib.

A.Ştayner həmçinin vurğulayıb ki, Paris Sazişi istixana qazıemissiyalarının azaldılmasına və qlobal istiləşmənin 1,5°C iləməhdudlaşdırılması məqsədinə nail olmağa yönəlib ki, bu da iqlimdəyişikliyinin təsirlərinin azaldılmasını onun həyatakeçirilməsinin əsas aspektinə çevirir.

"COP29 bir daha təsdiqləməlidir ki, biz fosil yanacaqlardanimtinaya və enerji keçidini sürətləndirməyə sadiqik, necə ki, ötənil razılaşdırılmışdı. Bu keçid mümkündür və Aİ-nin nümunəsigöstərir ki, biz iqtisadiyyatın davamlı artımını təmin etməkləyanaşı, emissiyaları əhəmiyyətli dərəcədə azalda bilərik," - deyə oəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr