17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gələcək.
Rumıniyanın Buftya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.
Hazırda Rumıniya 1 xalla qrupda 3-cüdür. Xalı olmayan Azərbaycan millisi isə sonuncu yerdədir.
19 noyabr
Avro-2025-in seçmə mərhələsi
14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17)
Rumıniya Milli Futbol Mərkəzinin stadionu
Xallar: Yunanıstan - 6, Macarıstan - 4, Rumıniya - 1, Azərbaycan - 0.