AZ

Gürcüstan prezidenti seçkilərin nəticələrinin saxtalaşdırılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib




Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə (KM) müraciət edib. Bu barədə TASS dövlət başçısının nümayəndəsinə istinadən xəbər verir.Zurabişvili respublikada oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmış kimi tanınmasını tələb edib.

Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərinin yekun protokolunu dərc edib. Buna uyğun olaraq, qanunverici orqanda 150 mandatdan 89-nu alan respublikanın hakim partiyası “Gürcü arzusu – Demokratik Gürcüstan” qalib gəlib.

Bundan əvvəl Zurabişvili ölkədə keçirilən parlament seçkilərini tanımaqdan imtina edib. Gürcüstan prezidenti onların total saxtakarlıq etdiyini açıqlayıb və vətəndaşları mitinqə çıxmağa çağırıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
28
32
aia.az

10Mənbələr