AZ

Gürcüstan parlamenti müxalifətsiz fəaliyyət göstərəcək

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan parlamenti müxalifətin təmsilçiləri olmadan fəaliyyətə başlayacaq.

Seçkilərdə qələbə çalmış hakim "Gürcüstan arzusu" partiyası müxalifət partiyalarının parlamentə gəlməsini gözləməyəcəyini bəyan edib.

"Gürcü arzusu"nun liderlərindən olan Mamuka Mdinaradze bu səfər 2020-ci ildəki səsvermədən sonra edildiyi kimi, hakimiyyətin müxalifətə minnətçi düşməyəcəyini söyləyib: "Sizə təminat verirəm ki, keçən dəfəkindən fərqli olaraq, tərəfimizdən heç bir xahiş, dilək olmayacaq. O zaman biz açıq-aşkar məsləhətə gedirdik, parlamenti doldurmağa çalışırdıq. İndi bu, bizi ümumiyyətlə maraqlandırmır. Nə istəyirlərsə, etsinlər".

Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçkilərin nəticələri ilə razılaşmayan müxalifətin axırda onsuz da parlamentə daxil olacağını proqnozlaşdırdığını söyləyib.

Seçkilər nəticəsində "Gürcü arzusu" parlamentə 89, ümumilikdə müxalifət isə 61 mandat qazanıb.

Hürr Tərcüman

Seçilən
17
32
hurriyyet.az

10Mənbələr