AZ

Müşfiq Şahverdiyev hakim qarşısında - Qərar verildi

Aktyor, ssenarist Müşfiq Şahverdiyev məhkum olunub.

 

Pravda.az gununsesi.info-nun aktyora yaxın mənbələrdən əldə etdiyi məlumata görə, "Cinemazadeh" şirkətinin rəhbəri Cəfər Axunzadə komediya aktyorunu məhkəməyə verib.

 

Belə ki, həmin şəxs Müşfiq Şahverdiyevin Cinayət Məcəlləsinin 147- (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) 148-(Təhqir)maddələri ilə həbs edilməsini tələb etsə də, işə baxan Xətai rayon Məhkəməsi bu iddianı qismən təmin edərək onu Cinayət Məcəlləsinin 148-ci-(Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

 

Daha detallı məlumatları növbəti araşdırmamızda təqdim edəcəyik.

Tarix: 19 Noyabr 2024, 18:48   
Seçilən
10
14
pravda.az

10Mənbələr