AZ

DSX-nin hərbi qulluqçuları ilə görüş

Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi prokuror Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Hərbi prokuror Xanlar Vəliyev, DSX rəisinin şəxsi heyətlə iş üzrə müavini  Rəsul Tağıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışlarında Ulu öndərin mükəmməl siyasətini yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar.

Habelə, ölkəmizdə keçirilən ­COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, suallar cavablandırılıb. 

Sonda  ağaclar əkilib.

XQ

 

Seçilən
19
16
xalqqazeti.az

10Mənbələr