AZ

"Ağdam Şəhəri Günündə Ağdam 2 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladı" - Nadir Adilov

20 Noyabr - Ağdam Şəhəri Günündə Ağdam 2 saylı Mediasiya Təşkilatı rəsmi olaraq fəaliyyətə başladı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün hər il Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov QHT.az-a özəl açıqlamasında bu sözləri söyləyib:

"20 Noyabr – Ağdam Şəhəri Günündə Ağdam 2 saylı Mediasiya Təşkilatının fəaliyyətə başlaması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ümid edirəm ki, təşkilat barışıq və vətəndaş məmnunluğu naminə uğurlu işlərə imza atacaq. Təşkilatın fəaliyyətinə uğurlar arzu edirəm, çoxlu barışıqlar, vətəndaş məmnunluğu, ən yüksək səviyyəli mediasiya xidmətlərinin göstərilməsini arzu edirəm və buna əminəm ki, belə də olacaq. Və əminik ki, təşkilat bu tarixi günün şərəfli məsuliyyətini hər zaman doğruldacaq və ən yüksək səviyyədə mediasiya xidmətləri göstərəcək".

Rəsmi təsdiq və əhatə dairəsi
Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Ağdam 2 saylı Mediasiya Təşkilatı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun yaradılıb və Şuranın üzvlüyünə qəbul edilib. Təşkilatla bağlı məlumatlar artıq mediasiya təşkilatlarının reyestrinə daxil edilib.

Təşkilat Ağdam, Beyləqan, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Xankəndi, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərəcək və vətəndaş müraciətlərini qəbul edəcək.

Əlaqə məlumatları:

  • Ünvan: H. Əliyev prospekti, DSMF-nin Ağdam rayon şöbəsinin birinci mərtəbəsi
  • Email: [email protected]
  • Telefon: +994 50 343 17 43

Qeyd edək ki, bu gün eyni zamanda Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.

 

Pərvanə Fərhadqızı

Seçilən
78
14
qht.az

10Mənbələr