AZ

Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək

Bu gün su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcək.

“Trend” xəbər verir ki, bu barədə BMT-nin Qlobal Sazişi Baş direktorunun Su Mandatının rəhbəri Ceyson Morrison jurnalistlərə bildirib.

"İqlim dəyişikliyinin təsirlərini azaltmaq barədə danışsaq, irəliləyişimiz kifayət qədər sürətli deyil, ambisiyalarımız hələ də kifayət qədər yüksək deyil və nəticələr hələ də qarşıya qoyulan məqsədlərə uyğun gəlmir. Eyni zamanda, iqlim dəyişikliklərinə uyğunlaşmanın və dayanıqlığın artırılmasının vacibliyini daha çox dərk edirik.

Bu və növbəti konfransda su və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri əsas müzakirə mövzularına çevrilir və qlobal adaptasiya fəaliyyət proqramı ilə müşayiət olunur. Ümid edirəm ki, bu gün qəbul ediləcək Bakı Bəyannaməsini inkişaf etdirməyə davam edəcəyik və gələn il Braziliyada keçiriləcək növbəti konfransa doğru bu impulsu gücləndirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

Seçilən
32
5
oxumeni.az

7Mənbələr