AZ

"Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu" - Elxan Abdullayev

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri U-19 millimizin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirilən oyun haqda danışarkən deyib.

O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:

"Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdi, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq".

Abdullayev komandasının turnirdəki ümumi çıxışını da dəyərləndirib:

"Göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdı”.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə daha əvvəl İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzub,
Seçilən
6
7
football-plus.az

10Mənbələr