Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb.
Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üstündən keçib.
G. Fərəcova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.