AZ

Pakistanda toqquşmalarda ölənlərin sayı 50 nəfəri ötdü

Pakistanın Kurram bölgəsində sünni və şiə qruplaşmalar arasında məzhəblərarası toqquşmalar davam edir.

Bizim.Media Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ötən gecə toqquşmalarda daha 18 nəfər öldürülüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrın 21-də bölgədə naməlum şəxslər sərnişin avtobusu və minik avtomobillərini atəşə tutub. Ümumilikdə, indiyə qədər əyalətdə toqquşmalar nəticəsində ölənlərin sayı 50-ni ötüb.

Bizim.Media

Seçilən
46
12
bizim.media

10Mənbələr