AZ

"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başladı

“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.

“Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq. 29 noyabr tarixundə “Liv Bona Dea Arena”da saat 16:00-da start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq.

saytlarin hazirlanmasi

Seçilən
13
4
sportal.az

5Mənbələr