AZ

Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sinə nahiyəsində ağrılar müxtəlif səbəblərdən, o cümlədən onurğanın xroniki xəstəlikləri və onların ağırlaşmaları, həzm sistemi patologiyaları (məsələn, qastrit), bronxopulmonar xəstəliklər, yanlış hərəkət və ya uzun müddət narahat vəziyyətdə qalma nəticəsində sinir sıxılması və əzələ dartılması ilə əlaqəli ola bilər.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı kardioloq, tibb elmləri namizədi Oleq Rudomanov məlumat verib.
"Sinə nahiyəsində ağrı hiss edildikdə, həkimlər ilk növbədə bu simptomun ürəyin işemik xəstəliyi və onun əsas təzahürlərindən biri olan stenokardiya ilə bağlı olub-olmadığını müəyyən etməyə çalışırlar. Lakin bu simptom həmişə ürək xəstəliklərinin göstəricisi deyil. Osteoxondroz, qabırğaarası nevralgiya, qida borusu və ya ağciyərlərdəki iltihab prosesləri də oxşar ağrılara səbəb ola bilər. Hətta ağrılar ciddi narahatlıq yaratmasa belə, həkimə müraciət etmək vacibdir. Bu, həyat üçün təhlükəli vəziyyətlərin vaxtında aşkarlanmasına və onların qarşısını almaq üçün tədbirlərin görülməsinə imkan verir" , - deyə Rudomanov bildirib.
Həkimin sözlərinə görə, diaqnostika prosesi ətraflı sorğu ilə başlayır. Ağrının intensivliyi, xarakteri, lokalizasiyası, yayılması, davamlılığı, yaranma şəraiti, görülən tədbirlər və onların effekti barədə məlumat toplamaq vacibdir.
"Məsələn, qastrit zamanı ağrı küt və narahatedici xarakter daşıyır, döş sümüyünün arxasında hiss edilir və qida qəbulu ilə əlaqəli olur. Bronxit zamanı isə bir neçə günlük öskürəkdən sonra sinədə ağrılar başlayır, öskürək zamanı şiddətlənir və nəfəs darlığı ilə yanaşı qızdırma müşahidə edilir. Osteoxondroz, sinir sıxılması və ya əzələ dartılması zamanı narahatedici və uzunmüddətli ağrılar fiziki yüklənmə və ya hərəkət zamanı daha da güclənir" , - deyə həkim əlavə edib.
Sinə nahiyəsində ağrılar yaşandıqda, onların mənbəyini və səbəbini dəqiq müəyyən etmək üçün mütəxəssisə müraciət etmək zəruridir.
Seçilən
99
50
oxu.az

10Mənbələr