AZ

Dünyanın ən yaşlı kişisi vəfat etdi

Bu ilin aprelində dünyanın ən yaşlı kişisi kimi tanınan Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.

EDnews xəbər verir ki, bu barədə "Daily Mail” yazır.

Con Alfred Tinnisvud noyabrın 25-də Böyük Britaniyanın Soutport şəhərində Hollies Qocalar Evində vəfat edib.

İngilis həmin ay 114 yaşında vəfat edən venesuelalı Xuan Visente Peresin ölümündən sonra bu ilin aprelində yaşayan ən yaşlı insan kimi Ginnesin Rekordlar kitabına düşüb.

Tinnisvud "Titanik” gəmisi batdıqdan bir neçə ay sonra, 26 avqust 1912-ci ildə Liverpulda anadan olub. Kişinin yaşı iki dünya müharibəsini əhatə edirdi. O, ikinci Dünya Müharibəsi zamanı Britaniya ordusunda xidmət edib.

"Conun çox gözəl xüsusiyyətləri var idi. O, ağıllı, qətiyyətli, cəsarətli, istənilən böhranda sakit, riyaziyyatda istedadlı və söhbətcil idi. Con 100 illik yubileyinə az qalmış Hollies Qocalar Evinə köçüb və onun xeyirxahlığı, həyata həvəsi Qocalar evinin işçilərini və sakinlərini ilhamlandırdı", - onun ailəsindən bildiriblər. 

Seçilən
4
18
ednews.net

10Mənbələr