AZ

İsrail atəşkəsdən əvvəl Livanı yenə VURDU

İsrail hərbi hava qüvvələri Livanda atəşkəs razılaşması qüvvəyə minməmişdən əvvəl Beyrut, Nəbatiyyə və Tirdəki "Hizbullah" hədəflərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Atəşkəsdən əvvəl İsrail hərbi hava qüvvələri Beyrut, Sur və Nəbatiyyədə "Hizbullah"ın onlarla komanda mərkəzinə, atış məntəqələrinə, silah anbarlarına və terror infrastrukturuna zərbələr endirib”.

Hücum edilən hədəflər arasında mətbuat xidməti Beyrutdakı "Hizbullah" raket bölməsinin hərbi obyektinin adını çəkib.

Bundan əlavə, atəşkəsdən əvvəl İsrail hərbi hava qüvvələri Suriya və Livan arasında "Hizbullah"ın silah qaçaqmalçılığı üçün istifadə etdiyi bir neçə marşruta zərbələr endirib.

Qeyd edək ki, İsrail və Livan arasında atəşkəs razılaşması noyabrın 27-də Moskva vaxtı ilə saat 05:00-da qüvvəyə minib.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
465
5
musavat.com

8Mənbələr