"Gürcü xüsusi təyinatlıları etirazçılara qarşı yenidən gözyaşardıcı qazdan istifadə ediblər. Buna baxmayaraq etirazçılar barrikadalar qurmağa davam edirlər"- deyə xarici mətbuat yazır.
AzNews.az Gürcüstandakı mənbələrinə istinadən xəbər verir ki, ötən gecə xüsusi təyinatlılar Tbilisinin Rustaveli prospektində etirazçıları dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının tədbirlərinə baxmayaraq, etirazçılar Gürcüstan himnini oxumağa davam edib və dağılmayıblar.
Bildirilir ki, Tbilisidə parlamentin yaxınlığında xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edən zaman RİA Novosti-nin müxbiri təhlükəsizlik qüvvələri tərəfindən yaralanıb. Müxbirin əlləri, üzü və boynu yanıb.
Xatırladaq ki, Gürcüstanda keçirilən seçkilərin nəticələrini tanımayan müxalifət partiyaları respublikanın paytaxtında etiraz aksiyaları keçirir.