AZ

Bakıda VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2024) keçiriləcək

VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2024) 03-04 noyabr 2024cü il tarixində, Bakı şəhərində, Mastercard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası (ABA) , Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.

Bu barədə Fins.az-a ABA-dan məlumat verilib.

Əvvəlki IBF tədbirlərinin yaddaqalan anlarını xatırlamaq üçün videoları izləyə bilərsiniz:

IBF 2023

IBF 2022

IBF 2021

IBF 2019

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. 


Tədbirlərimiz haqqında daha çox məlumatı linkdən əldə edə bilərsiniz: Fintex&ibf Events
 

VIII Beynəlxalq Bankçılıq Forumu ilə bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. VIII Beynəlxalq Bankçılıq Forumu

8 ildir ki, IBF özünü sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Bu tədbirdə yaranan yeni imkanlar və əlaqələr bizi daim ilhamlandırır.

İBF 2024, Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi müstəsna maliyyə-bank tədbiridir. Forum, tənzimləyici orqanlardan, banklardan, fintech şirkətlərindən, assosiasiyalardan, beynəlxalq maliyyə təşkilatlarından, yerli səfirliklərdən, akademik mütəxəssislərdən, tanınmış şirkətlərin rəhbərlik nümayəndələrindən, qərar qəbuledicilərdən və influenserlərdən ibarət çoxşaxəli iştirakçıları bir araya gətirir.

Əsas Forum çərçivəsində bu il iştirakçılara dinamik inkişaf və öyrənmə imkanı yaradan maraqlı yan tədbirlər təqdim olunacaq.


Sizi bu nüfuzlu tədbirdə görməkdən məmnun olarıq!

Bizi sosial şəbəkələrdə izləyin:

Əlaqə emailləri:

Zemfira Ms
Fins.az

Seçilən
43
29
fins.az

10Mənbələr