AZ

Türkiyədən Rusiyaya sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz azalaraq, 68 milyon 970 min 69 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Rusiyaya 5 milyon 656 min 19 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 26,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7 faiz azalaraq, 3,6 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 365 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Seçilən
17
24
turkic.world

10Mənbələr