AZ

"Azərbaycanda erməni dilini tədris edən fakültə yaradılmalıdır" - Sabiq nazir

"Azərbaycanda erməni dilini tədris edən fakültə, hətta universitet yaradılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı sabiq təhsil naziri Firudin Cəlilov deyib.

O bildirib ki, Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”.

Anar Kəlbiyev

Seçilən
14
6
unikal.az

7Mənbələr