AZ

Etibar Abbasovun rəhbərlik etdiyi ASC ilə bağlı qərar verildi – Bu qaydanı pozub

Yasamal Rayon Məhkəməsində “Təmiz Şəhər” ASC-yə yazılan inizbati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərara əsasən, ASC cərimələnib.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: ASC-nin qanuni təmsilçisi Etibar Təhməz oğlu Abbasovdur.

Seçilən
0
3
tribunainfo.az

10Mənbələr