AZ

Hərbi vəziyyət komandanlığının qoşunları Cənubi Koreya parlamentinə SOXULDU

Hərbi vəziyyət komandanlığının qoşunları Cənubi Koreya parlamentinə soxula bilib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Bildirilib ki, hazırda Cənubi Koreya Milli Assambleyasının (parlament) girişində mülki şəxslərlə hüquq-mühafizə orqanları arasında toqquşma baş verir.

Əgər müxalifət nümayəndələri parlamentə daxil olub səsvermə prosedurunu həyata keçirə bilsələr, o zaman konstitusiyaya görə hərbi vəziyyət ləğv oluna bilər. Bunun qarşısını dövlət başçısı Yun Seok-yeolun “Milli Assambleyanın qapıları bağlanmalıdır” fərmanını icra edən hüquq-mühafizə orqanları alır. Müxalifət partiyalarından olan deputatlar hətta prezidentin impiçmentinə səs vermək üçün parlamentin hasarına dırmaşırlar.

Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib. O, bu qərarı “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” istəyi ilə əsaslandırıb.

Ölkədə hərbi vəziyyət dövründə istənilən siyasi fəaliyyət qadağan edilir, siyasi partiyaların fəaliyyəti dayandırılır, siyasi aksiyalar qadağan edilir, bütün media orqanları hakimiyyətin nəzarətindədir.

Seçilən
195
31
publika.az

10Mənbələr