AZ

Cənubi Koreyanın prezident administrasiyası istefa verib

Cənubi Koreya prezidenti Yun Sok-Yöl administrasiyasının rəhbərliyi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Prezidentin baş katibi də daxil olmaqla, prezident aparatının yüksək vəzifəli şəxsləri istefalarını kollektiv şəkildə elan ediblər”, - məlumatda deyilir.

Seçilən
373
4
apa.az

10Mənbələr