Şimali Koreya və Rusiya əməkdaşlıqda yeni dövrə qədəm qoyub.
Publika.az xəbər verir ki, Şimali Koreya administrasiyasından verilən açıqlamada, iyun ayında Rusiya ilə imzalanan və tərəflərdən birinə xaricdən hücum zamanı qarşılıqlı yardımı ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin rəsmi olaraq qüvvəyə mindiyi bildirilib.
Qeyd olunub ki, Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu və Rusiya xarici işlər nazirinin müavini Andrey Yuryeviç Rudenko Moskvada sazişin ratifikasiya sənədlərini mübadilə ediblər:
“Bu, ikitərəfli əlaqələri yeni bir strateji ölçüyə daşıyacaq. Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinə əsaslanan güclü Şimali Koreya-Rusiya münasibətləri iki ölkə xalqlarının rifahını dəstəkləyəcək. Regional vəziyyəti yüngülləşdirəcək və beynəlxalq strateji sabitliyə zəmanət verən güclü təhlükəsizlik mexanizmi rolunu oynayacaq”, - deyə bəyanatda bildirilir.