AZ

Ata qarşı sərt davranan üçqat Olimpiya çempionu diskvalifikasiya edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Üçqat Olimpiya çempionu Şarlotta Düjardin ata qarşı çox sərt davrandığına görə bir il müddətinə yarışlardan kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, 39 yaşlı idmançı, həmçinin 10 min İsveçrə frankı (11.3 min ABŞ dolları) məbləğində cərimələnib.
2024-cü il Paris Olimpiadasının başlamasına bir neçə gün qalmış Düjardinin uzun qamçı ilə atın ayaqlarının ətrafına dəfələrlə vurması ilə bağlı video görüntülər ortaya çıxıb. O vaxt onu yarışlardan müvəqqəti kənarlaşdıran Beynəlxalq Atçılıq Federasiyası cəzanın bir il müddətinə olmasına qərar verib. Beləliklə, iyulun 23-də diskvalifikasiya olunan Düjardin 2025-ci ilin iyul ayından yenidən yarışmaq hüququ qazanacaq.
Qeyd edək ki, olimpiadalarda üçü qızıl, biri gümüş və ikisi bürünc olmaqla altı mükafat qazanmış Düjardin veloidmançı Laura Kenni (beş qızıl və bir gümüş) ilə birlikdə Böyük Britaniyanın ən çox olimpiya medalına sahib qadın idmançısıdır. Paris-2024-dən kənarlaşdırıldığından o, medal hesabını artırmaq şansını qaçırıb.
Seçilən
44
50
oxu.az

10Mənbələr