AZ

Hakan Fidan 22-ci Doha forumunda iştirak edəcək

Bakı, TurkicWorld

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Taninin dəvəti ilə dekabrın 7-8-də Qətərin paytaxtı Dohada keçiriləcək 22-ci Doha Forumunda iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Fidan Forum çərçivəsində müxtəlif iclaslara qatılacaq və çıxışlar edəcək. Forumun gündəliyində Rusiya və İran xarici işlər nazirlərinin iştirakı ilə Astana formatında XİN rəhbərlərinin görüşü də yer alır.

Hakan Fidanın Dohada həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli liderlər, siyasətçilər və ekspertlər iştirak edəcəklər.

Forumun mövzusu bu il “İnnovasiyaya ehtiyac” olaraq müəyyən edilib. Tədbirdə geosiyasi gərginliklər, qlobal təhlükəsizlik, humanitar böhranlar və texnoloji inkişaflar müzakirə olunacaq.

Qeyd edək ki, “Diplomatiya, dialoq, müxtəliflik” şüarı altında keçirilən Doha Forumu maraqlı tərəfləri bir araya gətirərək dünya miqyasında mövcud böhranlara qarşı həll yollarının müzakirəsinə platforma təmin edir.

2023-cü ildə Doha Forumunda 120 ölkədən 3500-dən çox qonaq və 270 məruzəçi iştirak etmişdi. Forumun məzmun tərəfdaşları arasında Türkiyə Xarici İşlər Nazirliyinin təşkil etdiyi “Antalya Diplomatiya Forumu” da yer alır. Antalya Diplomatiya Forumunun növbəti tədbiri 2025-ci il aprelin 11-13-də baş tutacaq.

Seçilən
65
3
turkic.world

5Mənbələr