Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsindən olan yaraqlılar bu əyalətdəki Rusiya bazasını ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, görüntülərdə Rusiya qüvvələrinin İŞİD-in terror aktları törətdiyini bəhanə edərək bir sıra əməliyyatlarda İŞİD-in formalarından istifadə etdiyi görünür.
Qeyd edək ki, dünən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri kimi tanınan alyansın Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirdiyi açıqlanmışdı.