AZ

“Wyborcza”: Emmanuel Makron Donald Tusk ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək və orada Polşanın Baş naziri Donald Tusk və Prezident Anjey Duda ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, “Wyborcza” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, danışıqlarda Ukraynada ətrafında vəziyyət müzakirə olunacaq.

Emmanuel Makron, həmçinin dekabrın 7-də Parisdə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp və Volodimir Zelenski arasındakı söhbət barədə Polşa rəhbərliyinə məlumat verəcək.

Seçilən
20
43
xalqqazeti.az

10Mənbələr