Avropa İttifaqı (Aİ) Suriyada baş verənlərlə bağlı açıqlama yayıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyada Bəşər Əsəd rejiminin süqutunu “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirərək Birliyin Suriya xalqı ilə həmrəyliyini ifadə edib.
Bəyanatda ədalətin bərpası, qurumların yenidən qurulması və dinc keçidin təmin edilməsinin vacibliyindən söz açılıb. Həmçinin, Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qorunmasının, hər cür ekstremizmin rədd edilməsinin vacibliyi vurğulanıb.
Əli Hüseynov