Böyük Britaniya bazar ertəsi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adı altında apardığı müharibəni maliyyələşdirmək və korrupsiyanı dəstəkləmək üçün istifadə etdiyi qızıl ticarətinə məhdudiyyət qoymaq üçün yeni sanksiyalar tətbiq edib. Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Böyük Britaniya hakimiyyətinin qərarına əsasən, qızıl qaçaqmalçılığı ilə əlaqəli olan 4 və Rusiyadan 300 milyon dollardan çox dəyərində qızıl alışıhəyata keçirən 1 nəfərin ktivləri dondurulub.
Londondakı Rusiya səfirliyi məsələyə şərh vermək istəməyib.
Böyük Britaniya və digər iri Qərb iqtisadiyyatları, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" başladandan sonra, yəni 2022-ci ildən bəri Rusiya qızılının idxalını qadağan edib.
N.Təbrizli
www.anews.az