AZ

MDB və Aİİ baş nazirlərinin iclası Moskvada keçiriləcək

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadiİttifaqının (Aİİ) baş nazirlərinin iclasları dekabrın 12-13-dəMoskvada keçiriləcək.

Trend-inməlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətiaçıqlama yayıb.

Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin baş nazirsəviyyəsində keçiriləcək Müstəqil Dövlətlər Birliyi HökumətBaşçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasınıniclaslarında iştirak edəcək.

Rusiyanın sədrliyi ilə keçiriləcək MDB baş nazirlərininiclasında əsas müzakirə mövzusu, birlik məkanında ticari-iqtisadivə mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi olacaq.

Avrasiya Hökumətlərarası Şurasının iclasında isə Avrasiyaiqtisadi inteqrasiyasının dərinləşdirilməsi məsələləri müzakirəolunacaq. Xüsusilə energetika, sənaye sahəsində əməkdaşlığınartırılması və elektron ticarətin inkişafına diqqət yetiriləcəyibildirilib.

Xatırladaq ki, Aİİ-nin üzvləri arasında Rusiya, Ermənistan,Belarus, Qazaxıstan və Qırğızıstan var və eyni zamanda onlarMDB-nin üzvləridir. MDB-nin tərkibində isə hazırda doqquz ölkəfəaliyyət göstərir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan,Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

phrase_var_article.chosen
61
1
az.trend.az

6phrase_var_article.sources