Bəşər Əsəd rejiminin devrilməsindən sonra 51 ildən sonra ilk dəfə Suriya ərazisinə daxil olan və işğalına başlayan İsrailin bu addımı ABŞ mətbuatında geniş əks-səda doğurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qəzetlər ərəb ölkələrinin bu vəziyyətə reaksiya verdiyini yazıb və \"İsrail dəhşətli səhv edir” başlığı ilə çıxış ediblər.
Paytaxt Dəməşqə nəzarəti ələ keçirən və cəmi 12 gündə 61 illik Baas rejimini devirən müxalifətin bu hərəkəti İsraili də hərəkətə gətirib.
Əsədin devrilməsinin ardından baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın göstərişi ilə 51 ildən sonra ilk dəfə olaraq Qolan Təpələrində bufer zonasına daxil olan İsrail ordusu bölgəni işğal edir və irəliləyişini davam etdirir. \"müvəqqətidir” deyirlər.
Qeyd edək ki, Noyabrın 27-də Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar bir dənə də olsun qarşıdurma olmadan bir çox şəhəri işğal ediblər.
Gülay