İsrail Suriyada 61 illik Bəəs və 53 illik Əsəd rejiminin devrilməsindən sonra Suriya daxilində hərbi hədəflərə hava zərbələri endirməyə davam edir.
Turkustan.az xəbər verir ki, bildirilib ki, dünən axşam saatlarında İsrail Suriya sərhədində bufer zonada yerləşən Quneytra qəsəbəsini işğal edib. Suriya ərazisində İsrail ordusuna məxsus hərbi maşınların hərəkət etdiyi görüntülənib.
Bildirək ki, İsrail Suriyada 53 illik Əsəd rejiminin devrilməsindən sonra Suriya ərazisi olan Colan təpələrinin işğalını genişləndirməyə davam edir. İsrailin rejim ordusunun qalan hərbi infrastruktur və obyektlərini məhv etməyə başladığını elan etdikdən sonra dekabrın 10-da "Reuters"-ə danışan təhlükəsizlik mənbələri İsrail qüvvələrinin Dəməşqin 25 kilometrliyinə yaxınlaşdığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az