AZ

Əsəd rejiminin süqutu ilə SEPAH-da fikir ayrılıqları artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalları Əsəd rejiminin süqutundan qəzəblənirlər. Onlar İranın regionda nüfuzunu itirəcəyinə görə bir-birlərini günahlandırırlar".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "The Telegraph" SEPAH-ın adı açıqlanmayan rəsmisinə istinadla bildirib.
Onun sözlərinə görə, heç kim Bəşər Əsədin qaçacağını düşünməyib. İran İsrail və "Hizbullah"la yaxınlığını qorumaq üçün onu hakimiyyətdə saxlamağa çalışıb.
"İran Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib. Suriya Bəşər Əsəd rejimi dövründə İrandan "Hizbullah"a silah təchizatı üçün əsas marşrut olub... SEPAH daxilində bir sıra rəsmilər Qüds qanadının komandanı İsmayıl Kaanini günahlandırır, çünki, o, Əsəd ordusunun dağılmasına imkan verib. Heç kim özünə deməyə cəsarət etmir, ancaq o, İranın maraqlarının itirilməsinin qarşısını almaq üçün heç bir iş görməyib və vəziyyəti yalnız Tehrandan izləyib".
Seçilən
34
34
oxu.az

10Mənbələr