AZ

Türkiyə Suriyadan sonra Zəngəzura daxil olur: İrəvanda təşviş yaradan plan

Suriyada Əsədin devrilməsi və Türkiyənin güclənməsi Ermənistanda narahatlıqla izlənilir.

Ulusal.az xəbər verir ki, ermənilər Türkiyənin Suriyadan sonra Cənubi Qafqazda daha da aktivləşəcəyini və Zəngəzur dəhlizi layihəsinin icrası üçün addımlarını intensivləşdirəcəyin düşünürlər.

Erməni politoloq Hrant Melik-Şahnazaryan iddia edir ki, Türkiyənin Suriyadan sonrakı hədəfi Cənubi Qafqazdır.

“2020-ci ilin 44 günlük müharibəsindən sonra Ankara regionda güclü amilə çevrilib. İndi onun qarşısında bir vəzifə var: Azərbaycanla quru əlaqəsini bərpa etmək. Bu məsələni həll etmək üçün dünyadakı vəziyyəti izləyir və əlverişli məqamı gözləyirlər”, – o bildirib.

Digər erməni politoloq Sergey Melkonyan isə Suriyada baş verənlərin həm də İrana qarşı plan olduğunu qeyd edərək, növbəti hədəfin Yəmən, İraq və Cənubi Qafqaz ola biləcəyini iddia edib.

“Təbii ki, Ermənistan üçün təhlükə Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarıdır. Bu prosesdə İranın zəifləməsi vacib rol oynaya bilər. Əsədi devirən, “Hizbullah”ı zəiflədənlər İranı Aralıq dənizinə çıxışdan məhrum ediblər. İndi Tehran əleyhdarları eyni ssenaridən istifadə edərək, Ermənistan vasitəsilə İranın Rusiya və Avropaya çıxışını bağlamağa və bölgəni Türkiyənin təsir dairəsinə çevirməyə çalışa bilərlər”, – o bildirib.publika.az

Seçilən
12
7
moderator.az

9Mənbələr