AZ

Gürcüstanın baş naziri dəyişdirilir? (ŞƏRH)

"Gürcüstanda baş nazirin dəyişdirilməsi Bdzina İvanişvilinin kefindən asılıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstan baş naziri İrakli Kobaxidzenin yaxınlarda istefa verəcəyi barədə məlumatı şərh edərkən deyib.

"Baş nazirin təyinatı və çıxarılması yalnız İvanişvilinin istəyindən asılıdır. Lazım bilsə, Qaribaşvilini qaytarar, lazım bilsə, başqasını təyin edər. Burada gürcü xalqının iradəsilə hər hansı bir siyasi ehtiyacın nəticəsi bilinmir. Hazırda İvanişvili kifayət qədər mürəkkəb vəziyyətlə rastlaşıb", deyə Zərdüşt Əlizadə bildirib.



Ekspertin fikrincə, belə vəziyyətdə baş nazir İrakli Kobaxidzenin istefaya göndərilməsi qüvvələrin nisbətindən, kütlə və onu idarə edənlərin inadından, arxalarında duran hansısa mərkəzin imkanlarından asılıdır: 

"İndilikdə isə proses "Gürcü Arzusu"nun diqtəsilə hıyata keçir. Yəqin ki, onlar dekabrın sonlarında prezident Salpme Zurabişvilinin getməsini gözləyirlər. Düşünürlər ki, ondan sonra kütlə etirazları da yoxa çıxacaq".
 
Qeyd edək ki, hakim "Gürcü Arzusu” daxilində fikir ayrılıqları və qarşıdurmalar olduğu barədə iddialar mərkəzi mediada yayılmağa davam etdiyi bir vaxtda, baş nazir İrakli Kobaxidzenin də vəzifəsindən istefa verəcəyilə bağlı iddia da irəli sürülüb. 

Belə ki, "Radio Tbilisi" mənbəyə istinadən İrakli Kobaxidzenin yaxın zamanda postunu tərk edəcəyi haqda məlumat yayıb. İddia edilir ki, ölkədəki son hadisələr fonunda "Gürcü Arzusu” komandasında fikir ayrılığı yaranıb və bu, İrakli Kobaxidzenin istefası ilə nəticələnəcək. 

"Bidzina İvanişvilinin qərarını prezident Makronun zəngi daha da sürətləndirəcək", deyə "Radio Tbilisi" öz mənbəsində istinadən məlumat yayıb. 

Rüfət Sultan

Seçilən
62
40
qaynarinfo.az

10Mənbələr