"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv olunub. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə elan olunan ittihama xitam verilib.
Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
Əzizovun ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib.
Aytac Zeynalova
www.anews.az