AZ

Misli Premyer Liqası: XVII turun açılış matçında qapılara qol vurulmayıb

Futbol üzrə Misli Premyer Liqasında XVII tura start verilib. SİA xəbər verir ki, ilk olaraq meydana “Şamaxı” və “Səbail” komandaları çıxıblar. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra bölgə klubu 14 xalla 7-ci, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cu pillədə qalıb.

Günün ikinci qarşılaşmasında turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq matç saat 16:30-da start götürəcək.

Naxçıvan təmsilçisi 39 xalla birinci, “bayquşlar” isə 23 xalla 5-ci sıradadır.

Qeyd edək ki, XVII turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.

Seçilən
5
3
sia.az

5Mənbələr