Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasını başa vurub.
O, bu gün Bakıda start götürən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elan edib.
23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrı alətlərdə bacarığını nümayiş etdirib.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda "Tokio-2020" və "Paris-2024" Yay Olimpiya Oyunlarının iştirakçısıdır./Azərtac/