AZ

Dördqat Olimpiya çempionu reanimasiyaya düşüb

Sovet və Rusiya xizəkçisi, dördqat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib və reanimasiyadadır.

SeherXeber.org xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.

"O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.

Qeyd edək ki, Smetaninanın 72 yaşı var.

phrase_var_article.chosen
26
7
seherxeber.org

10phrase_var_article.sources