AZ

Əsəd Moskvaya 2 ton avro daşıyıb - KİV

Suriya Mərkəzi Bankı devrilmiş prezident Bəşər Əsədin hələ hakimiyyətdə olduğu  2018-2019-cu illərdə Moskvaya milyonlarla dollar nağd pul daşıyan bir neçə təyyarə göndərib.

"Unikal" xəbər verir ki, bu barədə “Financial Times” (FT) məxfi sənədlərə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, həmin vaxt Suriyada xarici valyuta qıtlığı yaranıb. Bu məlumatı Suriya Mərkəzi Bankının daxili statistikası ilə tanış olan FT mənbəsi təsdiqləyib. O, 2018-2019-cu illərdə ölkənin daxili ehtiyatlarının “demək olar ki, sıfır” olduğunu vurğulayıb.

Agentlik vurğulayır ki, Əsəd hökuməti Moskvanın Vnukovo hava limanına 250 milyon dollar ekvivalentində dollar və avro ekvivalentində nağd pul - təxminən 2 ton ağırlığında 100 dollar və 500 avroluq əskinaslar daşıyıb.

Gülayə Mecid 

Seçilən
37
19
unikal.az

10Mənbələr