AZ

Naxçıvana ayrılan dotasiyanın məbləği azaldılır

2025-ci ilin dövlət büdcəsindəAzərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə vəAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir", - deyə nazir bildirib.

Anar Kəlbiyev

Mənbə: unikal.az

Seçilən
5
1
unikal.az

10Mənbələr