AZ

Koreya ordusu Kurskda itkin düşüb

Rusiya tərəfindən döyüşən Şimali Koreya ordusunun 30 nəfərlik qrupu Kurskda zərərsizləşdirilib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb .
Məlumatda deyilir ki, Şimali Koreyadan olan əsgərlər Kursk vilayətinin Plexovo, Vorojba və Martınovka kəndləri ərazilərində ciddi itkiyə məruz qalıb. Bundan başqa, kiçik bir bölük isə itkin düşüb.
O da vurğulanır ki, Rusiyanın 94-cü briqadasının tərkibindəki koreyalı hərbçilər ən çox itki veriblər.
“Deep Street” kanalı isə bildirib ki, Şimali Koreyadan Rusiyaya göndərilmiş hərbçilərin sayı 12 mini keçib. “Bu qədər əsgər göndərilməsinə baxmayaraq, Şimali Koreya əsgərləri ən yaxşı halda ruslara iki həftə üçün kifayət edir. Onlar həmin müddətdə” ət maşını”ndan keçirilir. Ona görə də, əlavə qüvvə tələb olunur”.

Seçilən
31
9
tribunainfo.az

9Mənbələr