AZ

Ankara: "Türkiyə İranı əvəz etmək fikrində deyil"

AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “Al-Arabiyya” telekanalına müsahibəsində belə deyib.

“Biz Suriyada demokratik mülki hökumətin qurulmasına çalışırıq. Biz Suriyadakı yeni hökumətin Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Əmin edirik ki, Türkiyə Suriyadakı yeni hakimiyyətlərə dəstək verəcək. Ankara Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”,- Hakan Fidan vurğulayıb.

O, həmçinin bildirib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçilik etmək istəyini açıqlayıb. Bundan əlavə, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.

Türkiyə XİN-in rəhbəri daha bir açıqlamasında ölkəsinin Əsəd rejiminin süqutu ilə nəticələnən proseslərdə iştirak etmədiyini diqqətə çatdırıb.

- Türkiyə belə prosesin bir hissəsi deyildi. “Həyat Təhrir əş-Şam” və digər müxalif qruplar tərəfindən əməliyyatın başlamasından sonra biz bunun mümkün olan ən qansız, problemsiz şəkildə həyata keçirilməsi üçün çox səy göstərdik. Lakin əvvəllər qruplaşma və ya digər şəkildə bu cür planlaşdırmada heç bir ölkə və ya hərbçilərlə birləşməmişik”,- Hakan Fidanın bəyanatından “Ekonomim” qəzetisitat gətirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
48
azvision.az

10Mənbələr