AZ

“Tramp Ukraynaya zəmanət verməyəcək” - “Rusiya Ukraynaya bunun üçün söz verəcək...”

Tramp çox güman ki, Ukraynaya ABŞ-dən təhlükəsizlik zəmanəti verməyə razı olmayacaq. Bununla bərabər, Kiyev amerikalıların iştirakı olmadan heç bir koalisiyanı etibarlı hesab etməyəcək.

“AzPolitika” xəbər verir ki, amerikalı müdafiə eksperti Rayan Menon “The New York Times” üçün köşə yazısında belə qeyd edib.

Onun fikrincə, “Tramp Ukraynanı qorumaq üçün heç bir vəd vermədən təkcə müharibəni bitirməyə deyil, həm də Amerikanın bütövlükdə Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmağa çalışır”. Menon həmçinin Kiyevin NATO-ya daxil olmasını çətin hesab edir.

Müəllif qeyd edir ki, ABŞ Çinə qarşı çıxmaq üçün tədricən diqqətini Avropadan Asiya-Sakit okean regionuna yönəldəcək. Beləliklə, Avropa öz müdafiə yükünün böyük hissəsini özü daşımalı və bəlkə də Ukraynanın müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməli olacaq. Lakin sülhməramlı qoşunların göndərilməsi məsələsində konsensusun olmaması onu göstərir ki, hazırda Avropada Ukrayna ilə bağlı həll yolu yoxdur.

Professor belə qənaətə gəlir ki, müharibənin “ən əldə edilə bilən” nəticəsi Ukraynanın “silahlı neytrallığı” ola bilər. Belə olan halda Rusiya Ukraynaya bir daha hücum etməyəcəyinə söz verəcək, Ukrayna isə NATO üzvlüyündən və öz ərazisində xarici qoşunların və silahların yerləşdirilməsindən imtina edəcək. Bu, Ukraynanı digər variantlarla müqayisədə "daha həssas vəziyyətə" qoyacaq.

Eyni zamanda, müəllifin fikrincə, Kiyev danışıqlarda Moskvanın Ukrayna Silahlı Qüvvələrinin sayını məhdudlaşdırmaq tələbini rədd edəcək. Avropa ölkələri isə Ukrayna qoşunlarının hazırlığını gücləndirməyə və Ukrayna müdafiə sənayesinə investisiyaları artırmağa məcbur olacaq: "Ukrayna güclü rəqib olduğunu sübut etdi və onun təcrübəli, döyüş sınaqlarından keçmiş ordusu daha yaxşı təchiz olunarsa, Rusiya onun timsalında daha güclü rəqiblə hesablaşmalı olacaq".

“AzPolitika.info”

Seçilən
17
50
azpolitika.info

10Mənbələr